Azərbaycan vətəndaşı Filippin səfirliyindən sənədi necə ala bilər?
24 Avqust 2011 13:48
Oxucu yazıb: "Xarici ölkə vətəndaşı ilə ailə qurdum, qeyri-rəsmi nikahda yaşadım və oğlumuz dünyaya gəldi. Ərim övladımıza öz soyadını verdi. Uşaq 5 aylıq olanda isə ərim Azərbaycanı tərk etdi. İndi müəyyən səbəblər ucbatından ərimin ölkəni tərk etməsi barədə arayış almalıyam. Bunun üçün Filippin səfirliyinə müraciət etməliyəm. Amma mən bilən, Azərbaycanda bu ölkənin səfirliyi yoxdur. Lütfən, yardın edin - bu məsələ ilə bağlı haraya müraciət etməliyəm?" - oxucu yazıb.
Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev ölkəmizdə Filippin səfirliyinin fəaliyyət göstərmədiyini təsdiqləyib.
"Oxucunuz Filippinin Türkiyədəki səfirliyinə müraciət edə bilər. Səfirlik Ankara şəhəri, Mahatma Qandi küçəsi, 56 ünvanda yerləşir. Bundan başqa, oxucunuz həmin səfirliyə telefonla (0090312) 446-58-31 və 447-03-50 nömrələri vasitəsilə telefonla, habelə [email protected] və [email protected] ünvanları vasitəsilə elektron poçtla əlaqə saxlaya bilər", - E.Abdullayev deyib.
E.Abdullayev qeyd etdi ki, göstərilən ünvanlara müraciət edəcəyi təqdirdə oxucumuz Filippin səfirliyi ilə bağlı gərəkli informasiyanı ala bilər.
Milli.Az