Ən çox qazanan bankir

31 Mart 2010 09:29
"Ekspress"in verdiyi xəbərə görə, o, ötən il 19,2 milyon İsveçrə frankı ($18,2 milyon) qazanıb.

"The Financial Times" bildirir ki, ötənilki gəlirlərinin toplam məbləği baxımından Duqan Almaniyanın ən böyük bankı "Deutsch Bank"ın baş direktoru, 9,5 milyon avro qazanmış Yozef Akkermanı geridə qoyub.

ABŞ-ın "Coldman Sachs" bankının direktoru Lloyd Blankfeyn $9,8 milyon, "Morgan Stanley"in icraçı direktoru Ceyms Qorman isə $8,1 milyon qazanıblar.

Fəqət ABŞ-ın ən çox qazanmış bankiri, "Wells Fargo"nun direktorlar şurasının sədri Con Ştumpf gəlirlər baxımından Duqanı üstələyib. Belə ki, 2009-cu il ərzində Ştumpf $21,3 milyon qazanıb.

Qlobal maliyyə böhranına rəğmən 2009-cu il "Gredit Suisse"nin tarixində ən gəlirli illərdən biri olub. Ötən il bank direktorlar şurasının üzvlərinin maaşlarına 150 milyon İsveçrə frankı ayırıb. Bu ayın sonunadək qədər "Credit Suisse" 300 top-menecerinə bonus qismində 1,9 milyard frank ödəyəcək.

Milli.Az