Bakıda Ali Hərbi Məktəbin müdavimi özünü öldürüb

31 Mart 2010 06:09
Məktəbdən verilən məlumata görə, martın 30-da axşam yoxlanışı zamanı 1-ci kursun müdavimi, 18 yaşlı Tağıyev Ayxan Qəmbər oğlu sırada olmayıb.

Müdavimin axtarışı zamanı onun meyiti məktəbin həyətində ağacdan asılmış vəziyyətdə tapılıb.

Müdavimin özünü asaraq intihar etdiyi bildirilir. Onun hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb, istintaq gedir.

/APA/