AFFA qalmaqallı hakimi 3 oyunluq cəzalandırdı

31 Mart 2010 00:07

AFFA Hakimlər Komitəsinin qərarı ilə Əfqan Həmzəyev 3 oyunluq cəzalandırılıb. Qərarda baş hakimin oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün cəzalandırıldığı göstərilib.

"Xəzər-Lənkəran" - "Neftçi" oyununun AFFA nümayəndəsi Namiq Məstanov isə vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin qərarı ilə Namiq Məstanova töhmət elan olunub.

Bununla yanaşı AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə Hakimlər Komitəsinin sədri də cəzalandırılıb. Xaqani Məmmədova işdə yol verdiyi nöqsanlara görə töhmət elan olunub.

Milli.Az