Bezdirici reklam SMS-lərindən necə qurtulaq? - VİDEO - FOTO

30 Aprel 2018 14:10

Mobil telefonlara göndərilən reklam, elan xarekterli SMS-lər əksər insanın etirazına səbəb olur. Hətta bu vəziyyətdən millət vəkilləri də narazıdır.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində reklam SMS-lərindən qurtulmağın yolları haqda maraqlı sujet yayımlanıb.

Elmira Axundova (Deputat): "Mənim bütün günüm bu saysız reklamlara xərclənir".

Eskpertlər bu məsələdə məsuliyyətin birbaşa mobil operatorların üzərinə düşdüyünü deyir. Çünki müəyyən vəsait qarşılığında bu kimi mesajlar vətəndaşlara göndərilərkən mobil operatorların məlumat bazalarından istifadə edilir.

Cahid İsmayıloğlu (Ekpert): "Operatorlar reklam haqqı alırlar və ona görə də maraqlıdırlar. Ona görə daha çox yayılmasına və daha çox faiz almasına çalışırlar. Reklamın mətnində üzvlük haqqının pulsuz olduğu vəd olunur. Sonradan pullu xidmətlə əvəzləyirlər".

Elmira Axundova (Deputat): "Reklam haqda qanuna biz bunu saldıq. Amma mobil operatorlar bu qanuna əməl etmirlər. Onlara müvafiq sanksiyalar tətbiq edilməlidir".

Digər tərəfdən bəzən vətəndaşlar özləri də şirkət və mağazaların reklam və elan xarakterli SMS-ləri almağa razılıq verir. İT üzrə mütəxəssis Sadiq Mirzə mobil operatorlardan gələn bu kimi SMS-ləri almamaq üçün xüsusi qaydanın olduğunu deyir. Bunun üçün isə müvafiq kodu və şifrəni bilmək vacibdir.

Sadiq Mirzə (İT mütəxəssis): "Toplu mesajların göndərilməsi üçün xüsusi proqram var. Bu tip reklamların gəlməməsi üçün müəyyən məxfi sözü həmin qısa nömrəyə göndərib bunu dayandırmaq olar".

Amma mobil operatorlar bu məsələ ilə bağlı susmağı üstün tutur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bezdirici reklam sms-lərindən necə qurtulaq?