"Bakı treki artıq böyük rəğbət oyadıb" - Serxio Peres

26 Aprel 2018 13:56

Ötən ilki yarış elə bil dünən olub. Azərbaycan Qran Prisi ilə bağlı xoş xatirələrim var. Bakı treki artıq böyük rəğbət oyadıb. Burada rəqabət olduqca qızğındır.

Milli.Az xəbər verir ki, bu sözləri "Force India" komandasının pilotu Serxio Peres deyib.

"Bu mövsümün ilk yarışları mənim üçün o qədər də asan olmadı. Bəhreyndə müvəffəqiyyətsizliyə uğradım. Yarışda belə şeylər olur. Çin Qran Prisində çox məyus oldum. Yarışı birinci döngədə başa vurmalı oldum.

Bolidin tarazlığından artıq məmnunam. Əvvəlki vəziyyətimizə qayıdırıq. Bakı yarışının maraqlı olacağını düşünürəm. Əsas məsələ sürətli və tormozlama zamanı inamlı olmaq lazımdır. Şəhər treklərini, xüsusilə də Bakı trekini sevirəm". 

Milli.Az