"İçərişəhər və Qala Divarları füsunkar görüntüyə sahibdir"

26 Aprel 2018 13:33

Keçən il Formula 2 çempionatında yarışdığım üçün artıq Bakı Şəhər Halqasına bələdəm. Şəhər treklərini xüsusilə sevirəm.

Milli.Az xəbər verir ki, bu spzləri "Sauber" komandasının pilotu Şarl Lekler deyib.

"Yarış ab-havası olduqca gözəldir, İçərişəhər və Qala Divarları isə füsunkar görüntüyə sahibdir.

Sərbəst yürüşlər zamanı təkərlərin performansını müşahidə edəcəyik. Bu, doğru seçim etməyimiz və yarışda yüksək performans göstərməyimiz üçün vacib mərhələdir" - Lekler əlavə edib.

Milli.Az