"Williams" komandasının pilotu Sergey Sirotkin 2018 Formula 1 Azərbaycan Qran Prisi haqqında açıqlama verib.
Milli.Az xəbər verir ki, Bakı halqasının çətin olduğunu deyən Sirotkin sözlərinə velə davam edib.
"Uzun, yüksək sürətli düz yol, çaşdırıcı əyləc zonaları ilə Bakı treki olduqca çətindir. Burada səhv etmək olmaz. Yarışı maraqlı edən nüans da elə budur. Ötmələr üçün isə əla fürsət var. Ötən il komandam trekdə yaxşı nəticə göstərdi. Mən də yarışa tam hazıram".
Milli.Az