Bakı ilə bağlı gözəl xatirələrim var. Ötən il Formula 1 yarışlarında ilk dəfə Bakıda podium çıxdım, odur ki, onu heç vaxt unutmayacağam.
Milli.Az xəbər verir ki, bu sözləri "Williams" komandasının pilotu Lens Stroll deyib.
"Təkcə trek deyil, Bakı özü də gözəl şəhərdir. Bu trekdə yarışmaq olduqca maraqlıdır. Şəhər treki olduğu üçün divarlarla əhatələnib. Səhv etmək yolverilməzdir", - Stroll əlavə edib.
Milli.Az