"Red Bull" komandasının gənc pilotu Maks Ferstappen 2018 Formula 1 Azərbaycan Qran Prisi haqqında danışıb.
Milli.Az xəbər verir ki, keçən il bəzi problemlərə görə qələbə qazanmaq fürsətini əldən verdiyini deyən Maks bu il tam gücü ilə çalışcağını deyib.
"Keçən mövsüm mənim üçün uğurlu olmadı. Bolid əla vəziyyətdə idi, mən isə bir sıra problemlərlə üzləşdim. Podium, hətta bəlkə də qələbə qazanmaq fürsətini əldən qaçırdım. Bu il qaçırdığım fürsəti dəyərləndirəcəyimə ümid edirəm.
Bolidimizə tam uyğun gəlməsə də Bakı trekini bəyənirəm. Düz yol çox uzun olduğu üçün orada bir az vaxt itiririk. İçərişəhərdən keçən dar döngə televizordan möhtəşəm görünsə də elə dəqiqliklə dönməlisən ki, heç bir səhvə yol verməyəsən".
Milli.Az