Ağdaşda avtomobil aşdı: ölən və yaralananlar var

26 Aprel 2018 11:48

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi "KİA" markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Milli.Az