Göldə kimlər yaşayır?

23 Avqust 2011 10:51
Milli.Az xəbər portalı İSRA-ya istinadən bildirir ki, Şotlandiyadakı Lox-Ness gölündə yaşayan sirli canlı dinozavrların indiyədək sağ qalmış "törəməsi" yox, yadplanetli məxluq ola bilər.

Yerli sakinlərin dediklərinə görə, uçan naməlum obyektlər Lox-Nessə gələrək göldə yox olurlar.
Polisə zəng vuran sakinlərin dediklərinə görə, onlar böyük kürəyə bənzər obyektin sürətlə gölə girdiyini və sonra da su üzərində peyda olmadığını görüblər.

Polislər və xilasedicilər bu zənglərdən sonra üç saat göldə axtarışlar aparsalar da, heç nə tapmayıblar. Asayiş keşikçilərinin dediklərinə görə, gölə yüngül təyyarə və ya deltaplanın enməsi, sonra da səmaya qalxması mümkündür.

Milli.Az