İstanbul sammitinə Ərdoğan da qatılacaq?

23 Avqust 2011 10:26
Milli.Az xəbər portalı "Zaman"a istinadən bildirir ki, tədbirin əsas məqsədi İstanbul şəhərini qlobal maliyyə mərkəzinə çevirməkdir. Sammitdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Bundan başqa, tədbirə Türkiyənin Baş nazirinin müavini Əli Babacan, Frankfurt Fond Birjasının sədri Frank Gerstenşlöger, "Citi Group"un baş iqtisadçısı Villem Büyter, İslandiya Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin üzvü Anna Sibert, Küveyt Milli Bankının prezidenti İbrahim Dabdoub, Asiyanın inkişafda olan bazarları haqqında tədqiqatlar və kitablarına görə tanınmış maliyyə üzrə professor İsmayıl Dalla, Nyu-Yorkda yerləşən "Reason" fondunun iqtisadi tədqiqatlar üzrə direktoru Entoni Randazzo, Dubay Maliyyə Xidmətləri İdarəsində İslam maliyyələşməsinin rəhbəri, siyasət və strategiya üzrə direktoru Piter Keysi və digər rəsmi şəxslər qatılacaqlar.

Dünyanın maliyyə sektorunun müzakirəsi üçün vahid platforma olacaq sammitdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, Küveyt, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Nepaldan olan nümayəndələr iştirak edəcəklər. Sammitin Məşvərət Şurasının sədri Murat Yülekin sözlərinə görə, tədbirin əsas müzakirə mövzusu "Qlobal bərpa olunmaya doğru: təcrübələr və dəyişikliklər", maliyyə sektorunda tənzimləmə və islahatlar və s. olacaq.

Milli.Az