Anqola və Zimbabve Qəzzafiyə sığınacaq verəcəklərini təkzib ediblər

23 Avqust 2011 09:39
Anqolanın Cənubi Afrika Respublikasındakı səfirliyi Müəmmar Qəzzafiyə sığınacaq verilməsi barədə xəbəri təkzib edib. APA-nın xəbərinə görə, bu barədə CAR televiziyası məlumat verib.

Daha öncə CAR-dakı bəzi mənbələr Qəddafinin Liviyanı tərk edərək Anqola və ya Zimbabveyə yönəldiyi barədə məlumat vermişdilər.

Zimbabve də Müəmmər Qəzzafini qəbul edəcəyi barədə məlumatları təkzib edib. Zimbabve XİN-in daimi katibi Coey Bima bildirib ki, onun hökuməti Liviyada polkovnik Qəzzafiylə bağlı heç kimlə əlaqə saxlamır.

Milli.Az