27 yaşlı kişi kanalda batdı

23 Aprel 2018 13:15

Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə aprelin 22-də Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.

Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Milli.Az