"Yeni "soyuq savaş" başlandı" - BMT-nin baş katibi - VİDEO

23 Aprel 2018 09:37

BMT-nin Təhlükəsihlik Şurasının fəaliyyəti effektiv deyil. Artıq yeni "soyuq savaş" başlanıb.

Milli.Az bildirir ki, BMT-nin baş katibi Antoniu Qutyerriş İsveçin SVT telekanalına verdiyi müsahibəsində belə deyib.

Suriyanın Duma şəhərində dinc insanlara qarşı kimyəvi silah tətbiq olunması barədə informasiyadan sonra Qərbin Suriyaya aviasiya zərbələrinin qanuniliyi barədə sualı cavablayarkən A.Qutyerriş deyib: "Belə vəziyyətlərin çözülməsi üçün bizim anlaşılan qaydalarımız var. Amma indi geriyə baxmamaq vacibdir. Artıq "soyuq savaş" qayıdıb və 20-ci əsrin müvafiq dövrü ilə böyük fərqlər var. O zaman ABŞ və SSRİ arasında ciddi münaqişə vardı. İndisə Moskva ilə Vaşinqton hamıya nəzarət etmirlər. Türkiyə, İran, Səudiyyə Ərəbistanı və başqa ölkələr regionda çox fəaldır. Nəzarət olunan yekcins iki blok yoxdur".

Qutyerriş Rusiya ilə Qərb arasındakı münaqişəni də çox ciddi sayır.

"Dialoqu bərpa etmək, ötən həftə apogeyinə çatmış gərginliyin tərəflər arasında dəf olunması üçün əlimizdən gələni etməliyik", - BMT-nin baş katibi deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni