Buş xanımı ilə vidalaşdı - FOTO

21 Aprel 2018 10:43

ABŞ-ın sabiq prezidenti, ata Corc Buşun xanımı, sabiq prezident oğul Corc Buşun anası Barbara Buş 18 aprel tarixində dünyasını dəyişib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, o, ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Ötən gün Barbara Buşla vida mərasimi keçirilib. Vida mərasimində ata Corc Buş xanımının tabutunun qarşısında əyləşib. O, mərasimə gələn qonaqları qəbul edib, onlarla görüşüb.

NBC News-un məlumatına görə onun mərasimə qatılacağı gözlənilmirdi.

Qeyd edək ki, Barbara və Corc Buş 72 əvvəl evlənmişdilər.

Milli.Az mərasimdən çəkilən fotoları təqdim edir:

Emin
Milli.Az