Rüfət Axundovun avtomobil kolleksiyası var

19 Aprel 2018 19:48

Müğənni Rüfət Axundov antik avtomobillər kolleksiyası olduğunu deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda Sərxan Kərəmoğlunun "Evimin qonaqları" proqramında danışıb. 

Kərəmoğlu Rüfətin tez-tez maşın aldığını söyləyib:
"Antik avtomobillərinin olması şayiə deyil. Sən bunun xəstəsisən. Kolleksiyanda bir neçə köhnə avtomobil varındı".

R.Axundov isə "Sən də məndən pis deyilsən. Tez-tez maşın alırsan. Ərəb ölkəsində, ümumiyyətlə, müsəlmanlarda belə həvəs var. Məndə də maşın həvəsi çoxdan var" cavabını verib.

Milli.Az