İt Maradonanın sifətini dişlədi
30 Mart 2010 17:39
"Gazzetta dello Sport" yazır ki, hazırda Argentina millisinin baş məşqçisi postunu tutan Maradonanın iti onun sifətini gəmirib və nəticədə əfsanəvi futbolçu dərhal xəstəxayana çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hadisə Maradonanın villasında baş verib.
Məlumata görə, cərrahiyyə əməliyyatı uğurlu keçib və Maradona bir neçə saatdan sonra xəstəxanadan buraxılıb. Lakin o, yaxın zamanlarda çətin ki, kameralar qarşısında görsənsin.
Milli.Az