Smartfonlarımızın enerjisinə mənfi təsir göstərən 6 səbəb

21 Aprel 2018 08:55

Mobil telefonlarımızın enerjisinin sürətlə bitməsinə aşağıdakı 6 əsas faktor səbəb olur:

Ekran - Ekran parlaqlığı artdıqca telefonların enerji istifadəsi də artır
Səs - Xüsusilə telefonlarımızda istifadə olunan tətbiqlərin səs səviyyələrinin yüksək həddə saxlanılması telefonun enerji istifadəsini artırır.
Temperatur - Milli.Az technote.az-a istinadən bildirir ki, mühit temperaturu artdıqca telefon batareyaları daha sürətlə zəifləyir.
Toz və kir - Telefon batareyamızın telefona enerji verən uclarındakı toz və kir, batareya performansını aşağı salır.
Vibrasiya - Vibrasiya özəlliyinə həqiqətən də ehtiyacımız yoxdursa bağlamalıyıq. Telefonlar titrəyən zaman xeyli enerji itirirlər.
İnternet - Parkda gəzərkən və ya harasa tələsərkən interneti açıq saxlamaq həm mənasız, həm də enerji israfı baxımından artıq hərəkətdir. Buna evdə vacib bir işin ucundan tutarkən yanılı qalan Wi-Fi çıxışı da daxildir

Milli.Az