İrandan böyük miqdarda narkotika gətirənlərə böyük də cəza kəsildi
30 Mart 2010 17:23
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə narkotik alverində ittiham olunan Elşən Hüseynov 15 il, Ağalar Şabanov 14 il və Səttarxan Cabbarov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər ötən ilin iyununda həbs olunublar. Onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Təqsirləndirilənlər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunublar.