Tanınmış İslam alimi Qulamhəsən Məhərrəminin məşhur "Tarixdə imamət məktəbi" kitabı Azərbaycan dilində işıq üzü görüb.
Milli.Az xəbər verir ki, "Qədim Qala" nəşriyyatında fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilən kitab oxucunu İslamda imamət məktəbinə dair mühüm mənbələrlə tanış edir, onlara istinadla Əhli-beyt məktəbini müxtəlif cəhətlərdən işıqlandırır. Kitabı oxuyan oxucu mövzu ilə bağlı onu maraqlandıran çoxlu suallara cavab tapa bilir.
"Tarixdə imamət məktəbi" kitabı bu məktəbin təşəkkül tapmasına səbəb olan ictimai-siyasi hadisələrdən başlayaraq müxtəlif xəlifələrin dövründə keçilən tarixi prosesləri əhatə edir. Kitabda Əhli-beyt tərəfdarı olan səhabələr, tarixin bəzi dönəmlərində bu məktəbin ardıcıllarının rəhbərliyi ilə baş vermiş böyük qiyamlar, müxtəlif təzyiqlər nəticəsində köç etdikləri coğrafi ərazilər, məskunlaşdıqları böyük şəhərlər, yaratdıqları ədəbiyyat və nəhayət, daxildəki parçalanmalarla bağlı ətraflı məlumatlar yer alır.
Zərif Nisə
Milli.Az