Spiker: «Terrora görə Rusiya xüsusi xidmət orqanları günahkardır»
30 Mart 2010 17:18
Milli.Az "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, o, metro kimi strateji obyektlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının vacibliyini bildirib: "Baş verənlərə görə Moskvanın xüsusi xidmət, hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri günahkardır. Əgər metro kimi qorunmalı olan strateji obyektə partlayıcı keçirilirsə, bu, ya mühafizə ilə məşğul olan şəxslərin səriştəsizliyindən baş verir, ya da burada hüquq-mühafizə orqanlarının, metropoliten əməkdaşlarının əli var".
Milli.Az