İraqda 3 azərbaycanlı qadın edam ediləcək

17 Aprel 2018 17:58

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə bağlılığa görə yeddi qadın, o cümlədən üç azərbaycanlı qadın barəsində ömürlük həbs qərarı və ya ölüm hökmü çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İraqın "Al-Sumaria" telekanalı İraqın Ali Məhkəmə Şurasının bəyanatına istinad edərək məlumat yayıb.

Məlumata görə, bir fransız və iki rusiyalı qadın ömürlük həbs cəzasına, üç azərbaycanlı və bir qırğız qadın isə ölüm cəzasına məhkum edilib.

Milli.Az