DƏHŞƏTLİ QƏZA: maşın aşdı, 4 gənc yaralandı - VİDEO - FOTO

17 Aprel 2018 17:13

Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində isə "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı nəqliyyat vasitəsində 4 gənc olub.

Müxtəlif bədən xəsarətləri alan Namiq Məmmədov, Vüsal Quliyev, Amin Hacıyev Mingəçevir, Zaur Kamrani isə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdılıblar. 

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

DƏHŞƏTLİ QƏZA: Maşın aşdı, 4 gənc yaralandı