SOCAR TANAP layihəsində pay sahibi oldu

17 Aprel 2018 14:35

"SOCAR Turkey Enerji" şirkəti Transanadolu boru kəməri (TANAP) layihəsində yeddi faizlik payın sahibi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əskişəhərdə mətbuat konfransı zamanı TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Bununla bağlı saziş bu il mart ayının sonunda imzalanıb.

Beləliklə, TANAP səhmdarlarının pay bölgüsü bu cür olub: "Cənub Qaz Dəhlizi" QSC - 51 faiz, "SOCAR Turkey Enerji" 7 faiz, "Botaş" - 30 faiz, BP - 12 faiz.

Milli.Az