Bakıda partlayış səsi eşidildi - Səbəb isə...

17 Aprel 2018 13:03

Bakıda ard-arda partlayış səsi eşidilib.

İzləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıblar. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

Milli.Az xəbər verir ki, qafqazinfo məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib:

"Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".

Milli.Az