3 nəfərin olduğu vertolyot qəzaya uğradı

17 Aprel 2018 13:55

Avstraliyanın cənub-şərqində vertolyot qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya uğrayan vertolyot Kostsyuşko milli parkında yerə düşüb.

Məlumata görə, göyərtəsində 3 nəfər olan vertolyot yerə düşdükdən sonra alışıb. Qəza nəticəsində 1 nəfərin - pilotun yaralandığı bildirilir. Digər 2 nəfərin taleyi ilə bağlı məlumat verilməyib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Milli.Az