Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib

17 Aprel 2018 13:41

Ermənistan parlamentinin binasında təhlükəsizlik rejimi gücləndirilib, bütün giriş və çıxışlar polis tərəfindən nəzarətə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hazırda deputatlar və jurnalistlər parlamentə axın edirlər.

Parlamentə aparan bütün yollarda tikanlı məftillərlə maneələr yaradılıb. Yalnız deputatların girişi üçün kiçik mühafizə olunan keçid saxlanılıb.

Milli.Az