Appiah «Ankaragücü»də
20 Yanvar 2010 12:26
Milli.Az "İhlas Haber"ə istinadən xəbər verir ki, vaxtilə "Fənərbaxça"da oynamış və hazırda İtaliyanın "Boloniya" klubunun şərəfini qoruyan Appiah ilə müqavilə yaxın günlərdə imzalanacaq. İtaliyanın "Yuventus" klubunda oynamaqla məşhurluq qazanmış Appiah son yarım ili "Boloniya"da keçirsə də, bu müddətdə meydana çıxmayıb.
Qeyd edək ki, "Ankaragücü" İngiltərənin "Nyukasl" klubunun şərəfini qoruyan kamerunlu Njitap Ceremini də heyətinə qatıb.
Milli.Az