Əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkdi - VİDEO

17 Aprel 2018 12:05

Boliviyanın "Nasional Potosi" klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda "Sport Boys"a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib. Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər.

Yekunda referi braziliyalıya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, azlıqda qalan "Nasional Potosi" səfər matçında 4 qolu fasilədən sonra buraxıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkib