Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı çıxan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma zamanı 30 etirazçı saxlanılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu müxalif "Vətəndaş müqaviləsi" partiyasının lideri, deputat Nikol Paşinyan deyib.
O, saxlanılan şəxslərin qohumlarını və dostlarını polis idarəsinə deyil, küçələrə çıxmağa səsləyib.
Polis etirazçıların saxlanması barədə məlumatı təsdiqləyib.
Milli.Az