"İnyesta özü gələcəyi ilə bağlı qərar qəbul edə bilər"

17 Aprel 2018 20:56

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Andres İnyestanın Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı o deyib: "Gəlin, tələsməyək. Mən bilmirəm, nə olacaq. Təkcə Andres özü gələcəyi ilə bağlı qərar qəbul edə bilər".

Qeyd edək ki, İnyestanın karyerasını Çində davam etdirmək istədiyi iddia olunur.

Milli.Az