İlk balasını öpüb, əzizlədi - VİDEO - FOTO

17 Aprel 2018 13:14

ABŞ-ın paytaxtı Vaşinqtondakı "The National Zoo"da saxlanan Kalaya adlı dişi qorilla ilk balasını doğub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, balaca qorillaya Moku adı verilib.

Mokunu 15 yaşlı anası Kalaya və 26 yaşlı atası Baraka çox sevirlər.

Son 10 ildə ilk dəfədir ki, Vaşinqton zooparkında qorilla balalayıb.

Kalaya dünən Mokunu qucağına alaraq öpüb, əzizləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlk balasını öpüb, əzizlədi