"Volkswagen"in yeni modeli necədir? - FOTO
22 Avqust 2011 11:03
Milli.Az xəbər portalı "Automotive News"a istinadən bildirir ki, Almaniyanın "Volkswagen" avtomobil konserni "up!" seriyalı kiçiklitrajlı avtomobili barədə rəsmi informasiya və fotoşəkillər yayıb.
Avtomobilin rəsmi təqdimat mərasimi sentyabrda Frankfurtda keçiriləcək beynəlxalq avto-motor şouda olacaq.
Kompakt avtomobilin uzunu 3,54, eni - 1,64, təkər bazası isə 2,42 metrdir. Beləliklə, yeni avtomobil üçqapılı "VW Polo" hetçbeki ilə müqayisədə 430 mm qısa, 40 mm dar və 20 mm hündürdür.
Yeni avtomobilin arxa oturacaqları normal vəziyyətdə olanda yük yerinin həcmi 251 litr, qatlananda isə 951 litr olur.
Avtomobil konsernin GPS naviqatorlar istehsal edən "Navigon" şirkəti ilə birlikdə hazırladığı əyləncə sistemi ilə təchiz olunub.
Konsernin Slovakiyadakı zavodunda istehsal ediləcək "VW up!" modeli dekabrda satışa çıxarılacaq. Təxmini qiymət 9500 avrodur.
Milli.Az