ABŞ kosmosda silah yerləşdirəcək

17 Aprel 2018 09:10

ABŞ-ın vitse-prezidenti Mayk Pens hökümətin növbəti ideyasını açıqlayıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Pens Kolorado-Spinqs simpoziumunda çıxışı zamanı deyib ki, Vaşinqton kosmosda öz hərbi qüdrətini genişləndirmək niyyətindədir.

Vitse-prezident bunu Rusiya və Çindən gələ biləcək mümkün təhdidlərlə əlaqələndirib. Pens bildirib ki, artıq peyk əleyhinə silahın hazırlanması barədə tapşırıq verilib.

Milli.Az