“Whatsapp”da yeni funksiya

17 Aprel 2018 09:08

"Whatsapp" istifadəçiləri pozduqları faylları iki ay ərzində bərpa edə biləcəklər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, messencerin ixtiraçıları yeni funksiyanı testdən keçirirlər: istifadəçilərin görüntüləri, videoları, sənədləri və səsli mesajları serverdə saxlanılacaq. Fayllar telefondan pozulduqda, onları iki ay ərzində bərpa etmək mümkün olacaq.

İstifadəçilərin şəxsi məlumatları şifrələnmə ilə qorunacaq. Daha öncə fayllar avtomatik olaraq 30 gündən sonra pozulurdu.

Milli.Az