Klublarında ən çox mövsüm keçirmiş futbolçuların siyahısı

17 Aprel 2018 08:50

"Yuventus"un qapıçısı Canluici Buffon TOP-5 ölkələrin çempionatlarında hazırkı klubunda ən çox mövsüm keçirmiş oyunçudur.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə CİES Futbol Araşdırmalar Mərkəzi açıqlama yayıb.

Cari mövsüm 40 yaşlı qapıçı üçün "Yuventus"da 17-cidir. İkinci pillədə 39 yaşlı müdafiəçi Sercio Pelissie qərarlaşıb. O, 16.5 mövsümdür ki, "Kyevo"nun formasını geyinir.

Ən "vəfalı" futbolçuların ilk "5-liy"i aşağıdakı kimidir.

1. Canluici Buffon - "Yuventus" - 17 mövsüm

2. Sercio Pelissie - "Kyevo" - 16.5

3. Daniele De Rossi - "Roma" - 15.5

4. Roman Vaydenfeller - "Borussiya D." - 15

5. Andres İnyesta - "Barselona" - 15

Milli.Az