Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib

17 Aprel 2018 08:10

Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib.

1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Milli.Az