Yerevanda etirazçılar mərkəzi küçələri bağlayır

17 Aprel 2018 08:03

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyasının iştirakçıları Yerevanın mərkəzi küçələrini bağlamağa başlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, müxalifətçilər artıq Tumanyan və Abovyan küçələrinin, Maştots prospekti ilə Amiryan küçələrinin kəsişmələrini bağlayıblar.

Şimal prospekti ilə etirazçılar mərkəzə doğru - Respublika meydanına istiqamətləniblər.

Daha öncə, aksiya rəhbəri Nikol Paşinyan bildirmişdi ki, etirazçılar çərşənbə axşamı günü parlament istiqamətində olan bütün yolları bağlamağa çalışacaqlar. O küçələri gecədən bağlamağı təklif edib.

Milli.Az