Elektrik mişarı ilə işləyərkən xəsarət alıb

16 Aprel 2018 21:17

Samux sakininin ayağını elektrik mişarı kəsib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Sərkar kənd sakini 1965-ci il təvəllüdlü Həsənov Azad Yəhya oğlu elektrik mişarı ilə həyətdə iş görən zaman ehtiyatsızlıq nəticəsində ayağını kəsib.

O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az