Bakıda qadınların xəyanətinə haqq qazandıran kişilər də var - SORĞU

16 Aprel 2018 20:10

Xəyanət deyəndə əsasən kişilərin xəyanəti ağıla gəlir. Amma bu gün kişi xəyanəti qədər qadın xəyanəti də var. Bəs, cəmiyyət qadın xəyanəti barədə nə düşünür? Bu sualla 400 Bakı sakininə müraciət etdik. 

Milli.Az "ACT Azərbaycan"ın apardığı sorğunun nəticələrini təqdim edir. 

Rəyi öyrənilmişlərin böyük əksəriyyəti xəyanəti zərif cinsə yaraşdırmır (96 %). Xüsusilə qadınlar həmcinslərinin xəyanətinə pis yanaşır (98 %). Kişilərin isə 94 %-i qadın xəyanətinə qarşıdır.

3 % respondent üçün hər şeydən öndə şərait və şərtlər gəlir. Xüsusilə kişilər qadınların xəyanətini vəziyyətə görə dəyərləndirməyin tərəfdarıdır (4 %).

Xanımların xəyanətinə müsbət yanaşanlar cüzi də olsa, var (1 %). Qadınların 1%, kişilərin isə 2%-i xanımların xəyanətini yaxşı qarşılayır. 

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az