"Fulhem"in futbolçusu mövsümün ən yaxşısı seçildi

16 Aprel 2018 18:40

İngiltərə Futbol Liqası 2017/18 mövsümündə Championship divizonunun ən yaxşılarını mükafatlandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mövsümün ən yaxşısı "Fulhem"in 17 yaşlı müdafiəçisi Rayan Sessenyon seçilib. O, çıxdığı 43 oyunda 14 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sessenyon "Ən yaxşı gənc futbolçu" və "mövsümün tapıntısı" nominasiyasında da mükafatlandırılıb. Futbol Liqası mövsümün rəmzi komandasını da açıqlayıb:

Con Rudi, Rayan Sessenyon, Çarli Malqru, Konor Koedi, Natan Brayn, Bredli Dek, Ruben Nevez, Ceyms Meddison, Billi Ki, Bobbi Rid, Adebayo Akinfenva

Milli.Az