Hande Erçel açıq-saçıq görüntüsü ilə REKORD QIRDI - FOTO

16 Aprel 2018 23:45

Ən böyük açıq hava festivalı kimi tanınan "Coachella 2018"ə Hande Erçel sevgilisi Murad Dalkılıçla birlikdə gedib.

Milli.Az xəbər verir ki, ABŞ-ın Koaçella vadisində keçirilən ilin ən böyük açıq hava festivalında türk və bir çox xarici məşhurlar iştirak edib. Hande Erçellə Murad Dalkılıç instaqramda paylaşdığı festival şəkilləri böyük marağa səbəb olub.

Xüsusilə Hande Erçelin festival obrazları, qısa şortu və dekolteli köynəkləri diqqət çəkib. Arıqlayan aktrisa cəsur geyim seçimi ilə sosial medianın dilinə düşüb. (publika.az)

Milli.Az