Məşhur aktyor vəfat etdi

16 Aprel 2018 17:11

"Full Metal Jacket" filminin aktyorlarından olan R.Lee Ermey vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda 74 yaşlı amerikalı aktyorun meneceri sosial şəbəkədə yazıb.

O, mərhumun soyuqdəymədən əziyyət çəkdiyini, ağciyərində problem olduğunu bildirib.

Qeyd edək ki, Ermey "Full Metal Jacket" filmi ilə "Qızıl kürə" mükafatını almışdı.

Milli.Az