Salah: "Çempionlar Liqası "Qızıl buts"dan daha vacibdir"

16 Aprel 2018 18:24

"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah əsas məqsədinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, misirli futbolçu "Qızıl buts"a da meylini gizlətməyib.

"Qollar vurduğuma görə sevinirəm. Amma əsas məsələ komandaya fayda verməkdir. "Qızıl buts" və Çempionlar Liqası arasında seçimi 2-nin xeyrinə edərdim. Bu turnirdə uğur istənilən futbolçu üçün böyük nailiyyətdir.

Yalan deməyəcəm, "Qızıl buts" barədə düşünürəm. Komandanın oyununun mənim üzərimdə qurulduğunu görürsüz. "Tottenhem"də Keynə, "Mançester Siti"də isə Aqueroya kömək etməyə çalışırlar. Bu normaldır" - Salah deyib.

Milli.Az