40 yaşlı kişi bıçaqlanıb

16 Aprel 2018 21:23

Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib.

Kənd sakini,  1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az