Polis "Taksim" meydanını əhatəyə aldı

16 Aprel 2018 15:45

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etiraz aksiyası ilə əlaqədar polis "Taksim" meydanını əhatəyə alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda polis istisnasız olaraq hamı üçün "Taksim" meydanına aparan yolları bağlayıb.

Qeyd edək ki, bu gün müxalif Cümhuriyyət Xalq Partiyası fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına etiraz əlaməti olaraq Türkiyənin bütün vilayətlərində aksiya keçirir.

Milli.Az