"Monako" azarkeşlərin bilet pulunu qaytaracaq

16 Aprel 2018 15:04

Fransa Liqasının 33-cü turunda "Monako"nu qəbul edən PSJ 7:1 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "moneqasklar" bu sarsıdıcı məğlubiyyətdən sonra Parisə gələn azarkeşlərinin bilet pulunu geri ödəmək qərarı qəbul edib. Prosedurun detalları haqqında həftə içi məlumat veriləcək.

Qeyd edək ki, "Monako" ötən mövsüm PSJ-ni qabaqlayaraq Fransa çempionu olmuşdu.

Milli.Az