Belçikalı hücumçu dünya çempionatını buraxa bilər

16 Aprel 2018 19:45

"Borussia Dortmund" və Belçika millisinin hücumçusu Mişi Batşuayi "Şalke" ilə oyunda (0:2) zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard 2018-ci il dünya çempionatından kənarda qala bilər. Meydanı xərəkdə tərk edən qolyadorun diz bağlarında problem aşkarlansa, o, əməliyyat olunacaq. Ona dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq. Bu mövsüm Bundesliqada 10 oyuna çıxan Batşuayi 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

Milli.Az